Türkiyə hakimiyyəti Instagram sosial şəbəkəsinə girişi bağlayıb.
Ulusal.az xəbər verir ki, bu barədə Türkiyə İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu məlumat yayıb.
Məlumatda bildirilir ki, Instagram-a giriş bu gün səhər saatlarında bloklanıb.
Bunun səbəbləri barədə hələlik açıqlama verilmir.