“Qalatasaray”ın ulduzu Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Nara yenə gündəmə gəlib.
Ulusal.az xəbər verir ki, onun UEFA Çempionlar Liqasının finalından sonra PSJ-nin futbolçusu Əşrəf Hakimi ilə münasibətdə olduğu iddia edilir. Hər iki tərəf bu barədə hələlik rəsmi açıqlama verməyib.
İddialara görə, Nara final matçından sonra PSJ-nin ulduz oyunçusu ilə birlikdə gecələyib. Çempionlar Liqasının finalından sonra keçirilən özəl bir tədbirdə iştirak edən cütlük gecə boyu yaxın münasibətdə olub. “Revista” dərgisinin məlumatına əsasən, onların səhər saatlarında eyni oteldən ayrıldığı iddia edilir.
Vanda Nara Mauro İkardi ilə boşandıqdan sonra argentinalı reper L-Gante ilə münasibətə başlamış, lakin bu macəra bir müddət sonra başa çatmışdı.
Qeyd edək ki, İkardi də PSJ də çıxıb. Onlar bir müddət Hakimi ilə komanda yoldaşı olublar.Publika.az