image-rt-reklam
image-1backend

Şok iddia: “Krımın ilhaqı Putinin atası üçün son arzu imiş”

image-728x90

Rusiya prezidenti Vladimir Putinin Krımın ilhaqı və Sovet İttifaqının bərpası ilə bağlı qərarının arxasında şəxsi motivlər ola bilər.

Ulusal.az  xəbər verir ki, jurnalistlər Roman Badanin və Mixail Rubinin “Öz Şəxsiyyətində Çar” adlı kitabında Putinin atası Vladimir Spiridonoviçin son arzularının bunlarla bağlı olduğu iddia edilir.

Kitaba görə, 1999-cu ilin yayında ağır xəstə olan Putin atası ilə görüşüb. Atası ona bildirib ki, ümid edir ki, bir gün Krım yenidən Rusiyanın tərkibinə qayıdacaq. Həmçinin, Spiridonoviç Sovet İttifaqının dövlət himni üçün darıxdığını etiraf edib.

Jurnalistlər qeyd edirlər ki, bu hekayə apokrifik ola bilər, amma Krım və xüsusilə Sevastopoldakı Rusiya (əvvəlcə Sovet) donanması bazası Putinin atası üçün böyük əhəmiyyət daşıyıb. O, Sovet donanmasında xidmət etdiyi illərdə burada müəyyən vaxt keçirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90