image-rt-reklam
image-1backend

ŞOK: ABŞ-ın Ukraynaya hərbi yardımının ən gizli sirri açıldı

image-728x90

ABŞ-ın Ukrayna üçün nəzərdə tutduğu hərbi yardımın əhəmiyyətli bir hissəsi faktiki olaraq ölkəyə çatmır.

Publika.az xəbər verir ki, bu barədə Amerikanın “The Washington Post” qəzeti yazıb.

“ABŞ-ın Ukraynaya hərbi yardımının ən böyük gizli sirri odur ki, pulun böyük hissəsi burada – ABŞ-da xərclənir”, – deyə “The Washington Post” jurnalistləri qeyd ediblər.

Onlardan Ukraynaya vəsait göndərmək əvəzinə, ABŞ-da yeni texnika hazırlamaq və ya anbarlardan Kiyevə göndərilən silahları əvəz etmək üçün istifadə olunur. Bir araşdırmaya görə, Konqresin təsdiq etdiyi 68 milyard dollarlıq hərbi yardımın təxminən 90 faizi ABŞ torpaqlarına xərclənəcək.

Qeyd edək ki, bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynaya maliyyə dəstəyinin kritik anını elan etmişdi. Onun sözlərinə görə, indi Amerika rəhbərliyi Kiyevi maliyyələşdirmək üçün eyni çevikliyə malik deyil.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90