Sənəddə qeyd olunur ki, SOCAR və “Özbəkneftqaz” konsorsiumu, eləcə də Özbəkistan Respublikası Hökuməti tərəfindən imzalanmış HPBS müqaviləsi Ustyurtun altı investisiya blokunda – Boytarak, Terengquduk, Birgori, Haroy, Gorakalpok və Gulboyda kəşfiyyat, işlənmə və hasilatı nəzərdə tutur.
“Müqavilənin ilkin mərhələsində perspektivli sahələrin müəyyən edilməsi üçün geoloji kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur. Bu müddət ərzində operator qismində ARDNŞ çıxış edəcək. Sənədə əsasən, ilkin beşillik ərzində kəşfiyyat işlərinin başa çatdırılması və ən azı bir kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur”, – məlumatda deyilir.
“Sazişin imzalanması enerji sektorunda strateji əməkdaşlıq üçün yeni imkanlar açır və hər iki tərəf üçün faydalı olacaq”, – deyə məlumatda bildirilir.