Bir neçə gün öncə SOCAR işçilərini dənizdən quruya gətirməli olan gəminin döşəməsinin deşilməsi qorxulu anlara səbəb olmuşdu. Gəmidə olan 60 yaxın işçi son anda güc-bəla ilə xilas edilmişdi. Həmin gün niyə neft-qaz istehsalı ilə məşğul olan işçilərin köhnə gəmi ilə daşınmasını aktuallaşdırmışdı. Üzərindən bir gün keşmiş SOCAR-a bağlı olan media qurumlarında SOCAR prezidenti Rövşən Nəcəfin bu işi nəzarətə götürdüyü yazıldı. Bəli bu bir söz olaraq qaldı.Çünki bu gün yenə dənizdə işləyən işçilər öz ömrünü SOCAR prezidetinə bağışlamış gəmilərlə daşınır. Bu artıq danılmaz bir faktdır ki, təhlükə və yaxud qaçılmazdır. Bu təhlükəni nəzərə alan işçilərdən biri öz iradlarını Ulusal.az-a göndərib.
Dənizdə işləyən adının açıqlanmasının istəməyən işçi yazır:” İşcilərin daşınmasında böyük problemlər var. Amma bilmirsizki sənədlə bu problemlərin olmaması üçün külli miqdarda pullar yazılıb və silinib. Neftçilərin Platformaya göndərilməsi hava səraitinə görə ( dumanlı ) helekopterlə mümkün olmadıqda gəmi ilə həyata keçirilir. Amma bizi daşımalı olan gəmilər öz ömürlərini 20-30 il öncə bitirib. Gəmilər sadəcə çölü bəzək, içərisi isə bibarçılıqdır. Bu gəmilərlə sahilə çıxanda biz kəlmeyi-şəhadətimizi oxuyub yola çıxırıq. Çünki sahilə catacağımıza əmin deyilik. Amma bilirik ki, bizə yeni gəmi alınıb. Amma bu sənəddə belədir. Bu günə qədər yeni gəminin üzünü görən yoxdur. Eyni işi biz SOCAR işçiləri də görürük biz köhnə gəmidə, BP-nin işçiləri isə müasir və hər cür avadanlıqla təmin olunmuş gəmidə sahilə gəlirlər. Bu onu göstərir ki, SOCAR rəhbərliyi birbaşa olaraq Rövşən Nəcəf bizi insan yerinə qoymur. Burada dəhşətli mənzərə yaranıb. Hər gün ölüm qorxusu ilə işçilər dənizə, və yaxud sahilə daşınır. Bir dəfə də olsun bizim iradlarımızı qəbul etmək istəmirlər. Bunun üçün çoxsaylı insanın ölməsini gözləyirlərmi? Biz burada dənizdə çörək puluna işləyirik. 15 gün soyuq və şaxtada, dalğaların altında cüzi əməhaqqı qarşılığında məcburən həyatımızı təhlükəyə atırıq. ”
Görünən odur ki, aylıq 800-1000 manata dənizdə açlışan işçilər SOCAR rəhbərliyinin bu biganəliyindən cana doyub. Fəhlələrdən fərqli olaraq SOCAR-da kabinetlərdə olan vəzifəlilər yüksək əməhaqqı almaqda davam edir. Ulusal.az-ın araşdırmasına görə 2023-cü il tarixinin son altı ay ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş rəhbərliyinə 850 min manat ödəniş edilib.
Qeyd edək ki, qrupun baş rəhbərliyinə SOCAR-ın Prezidenti, birinci Vitse-prezident və doqquz Vitse-prezidenti daxildir. Qrupun baş rəhbərliyinin bütün üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir. Baş rəhbərliyin üzvləri təsdiqlənmiş əmək haqqı cədvəlinə uyğun olaraq əmək haqqı və mükafatlar, eləcə də qrupun müəyyən şirkətlərində Direktorlar şurasının üzvləri olduqlarına görə, ödənişlər almaq hüququna malikdirlər.