image-2000x150
image-meclisbackend

Sloveniyada Mehdi Hüseynzadə anılacaq – Deputatlarımız da iştirak edəcək

image-728x90

Milli Məclisin deputatları Sloveniyada Mehdi Hüseynzadə ilə bağlı tədbirdə iştirak edəcəklər.

Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin deputatları – Sloveniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyev, qrupun üzvləri Elnur Allahverdiyev və Rafael Hüseynov mayın 2-də Sloveniya Respublikasının Nova Qoritsa şəhərinə səfər edəcəklər.

Deputatlarımız Sloveniya Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcək, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparacaqlar.

Bununla yanaşı, hər iki ölkə parlamentinin dostluq qruplarının üzvləri Azərbaycanın Sloveniyadakı səfirliyi tərəfindən Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 105-ci ildönümü münasibəti ilə təşkil olunan tədbirdə iştirak edəcəklər.

Səfər mayın 5-də başa çatacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90