Mövcud müqavilə öhdəliklərinə əsasən, Rusiya qazı Aİ üçün yeganə tənzimlənən enerji təchizatı mənbəyi olaraq qalır. Avropa Komissiyasının siyasi mülahizələrin diktə etdiyi bu resursdan imtina etmək qərarı Avropanın enerji sabitliyi üçün risklər yaradır.
Ulusal.az xəbər verir ki, bunu Slovakiya Neft və Qaz İttifaqının (SPNZ) rəhbəri Riçard Kvasnovski deyib.
“Biz Aİ-yə cari tədarük portfelinə əsaslanan Rusiya qazını yeganə çevik mənbə hesab edirik, onun həcmi ehtiyacdan asılı olaraq artırıla və ya azaldıla bilər”, – o vurğulayıb.
Ekspert qeyd edib ki, AK-nin Rusiya qazının idxalını dayandırmaq təşəbbüsü sırf siyasi xarakter daşıyır və hüquqi və iqtisadi nəticələrin qiymətləndirilməsi ilə dəstəklənmir. Bu cür hərəkətlər Avropa biznesinin rəqabət qabiliyyətinə xələl gətirə və Aİ-nin ayrı-ayrı regionlarının enerji sabitliyi üçün risklər yarada bilər.publika.az