image-rt-reklam
image-1backend

Sky News: Putin Trampı aldatmağı bacaracaqmı?

image-728x90

Alyaskada keçiriləcək görüşdə Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampa qarşı danışıqlarda üstünlük əldə etməyə çalışacaq. Sky News kanalının müxbiri Ayvor Bennetin fikrincə, Putin bu sahədə təcrübəli oyunçudur və o, danışıqlarda öz istədiyinə necə nail olmağı yaxşı bilir.

“Putin mövzu ilə bağlı bütün detalları, tarixi məqamları və hüquqi arqumentləri əla biləcək. O, eyni zamanda, qarşısındakı rəqibin bu qədər məlumatlı olmadığını anlayacaq və məhz bundan istifadə etməyə çalışacaq”, – deyə Bennet yazır.

Jurnalistin fikrincə, Putinin əsas məqsədi Trampı Ukraynadakı münaqişənin ən qısa yolla həlli yolunun – Rusiyanın şərtləri ilə razılaşmaq olduğuna inandırmaqdır. Bunun üçün Putin sanki güzəştə gedirmiş kimi davranacaq və Trampa müəyyən təkliflər verəcək.

“Bu təkliflərdən biri Trampın son zamanlar yenidən gündəmə gətirdiyi Zelenski ilə görüş vədi ola bilər. Amma ehtimal edirəm ki, bu, qeyri-müəyyən və şərtli vəd olacaq. Ağ Ev bunu irəliləyiş kimi təqdim edə bilər, lakin reallıqda bu, əlçatmaz olacaq”, – deyə Bennet qeyd edir.

Bennet hesab edir ki, Putin Trampın münaqişəni tezliklə həll etmək və bu uğuru öz adına yazdırmaq istəyindən istifadə etməyə çalışacaq. Bu səbəbdən Putin Trampı “səmimi və enerjili” səylərinə görə tərifləyərək onu “yumşaltmağa” çalışır.

Bundan əlavə, jurnalist yazır ki, Putin Trampın işgüzar düşüncəsinə də xitab etməyə çalışacaq və onu Rusiya ilə tərəfdaşlıqdan doğacaq “şirin vədlərlə” cəlb edəcək.

“Söhbət nadir torpaq metallarına dair razılaşmalar, Arktikada birgə layihələrdən gedir. Elə buna görə də Rusiya nümayəndə heyətinə maliyyə naziri Anton Siluanov və Kreml nümayəndəsi Kirill Dmitriyev də daxil edilib”, – deyə məlumatda bildirilir.

Nümayəndə heyətində müdafiə naziri Andrey Belousovun da yer alması Putinin nüvə silahlarına nəzarət mövzusunda real razılaşma əldə etmək niyyətində olduğunu göstərir. Belə bir saziş Tramp üçün ciddi diplomatik nailiyyət ola bilər.

“Putinin məqsədi Trampa özünü əsas fiqur kimi hiss etdirməkdir. Keçmiş KQB əməkdaşı üçün bu, çətin tapşırıq deyil”, – deyə Ayvor Bennet sonda vurğulayır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90