image-rt-reklam
image-1backend

ŞKTC-nin quruluşunun 40-cı ildönümü: Ersin Tatardan diqqət çəkən mesaj

image-728x90

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ərsin Tatar “ŞKTC yoluna davam edərkən əgər bir razılaşma olacaqsa, bütün gücümüzlə dünyaya qışqırmağa davam edirik ki, o müqavilə iki dövlətin əməkdaşlığı ilə edilməlidir” ifadələrini işlədib.

O, bu barədə ŞKTC-nin yaranmasının 40-cı ildönümü çərçivəsində Dr. Fazıl Küçük Bulvarında keçirilən rəsmi paraddakı çıxışında deyib. Prezident Tatar Kipr türk xalqının soyqırımlar və qırğınlar yaşadığını, çətin günlərdən keçdiyini xatırladıb və buna baxmayaraq yıxılmadan gələcəyə ümidlə baxdıqlarını vurğulayıb.

Qurucu prezident Rauf Denktaşın açıqlamalarına da toxunan Tatar, Denktaşın “Kıbrıs Türk xalqının qanuni və qarşısıalınmaz arzu və iradəsinin tərcüməçisi olaraq ŞKTC-ni dünyaya müstəqil bir dövlət elan edirəm” deməsi ilə bir türk dövlətinin və onun Şərqi Aralıq dənizindəki əsaslarının daha da gücləndiyini və kökləndiyini bildirib.

Kiprdə razılaşmanın ancaq suveren bərabərlik və bərabər beynəlxalq statusla əldə edilə biləcəyini vurğulayan Prezident Tatar, əgər bir razılaşma olacaqsa, bunun Kiprdə 60 ildir özünü idarə edən türk xalqının razılığı ilə ola biləcəyini vurğulayıb:

“ŞKTC yoluna davam edərkən, bütün gücümüzlə dünyaya qışqırmağa davam edirik ki, əgər bir razılaşma olacaqsa, o razılaşma iki dövlətin əməkdaşlığı ilə edilməlidir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90