image-2000x150
image-img-20240118-wa0018backend

Sizə 3 möcüzəni öz gözlərinizlə görmək və yaşamaq nəsib olub

image-728x90

Bakı Şəhər İcra Hakimiyyətinin humanitar şöbəsinin və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə müharibə veteranları, qazilərin, şəhid övladları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “20 Yanvar – Müstəqilliyimizə gedən yol” adlı tədbir keçirilib.

Tədbir iştirakçılarını salamlayan Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva bildirib ki, Bu gün biz tam qətiyyətlə deyə bilərik ki, siz xoşbəxt bir nəslin nümayəndələrisiz. Çünki sizin taleyinizə 3 möcüzəni öz gözlərimizlə görmək və yaşamaq nəsib olub. Bu möcüzələrdən biri – 44 günlük Vətən müharibəsi, ikincisi – 2023-cü ilin sentyabrındakı 1 günlük antiterror əməliyyatı, üçüncüsü isə – Xankəndində Azərbaycan bayrağının dalğalanmasıdır. Bu möcüzələri yaradan isə Prezident, Müzəffər Ali Baş komandan, cənab İlham Əliyev və onun sərkərdəliyi ilə Azərbacan ordusudur.
Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən artıq 34 il ötdüyünu, həmin gün Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzminin heç bir qüvvə tərəfindən qıra bilinməyəcəyini nümayiş etdirdiyini bildirdi. Eyni zamanda tarix göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmadı. Vətən Müharibəsi və sonrakı hərbi əməliyyatlar bir daha xalqımızın yenilməz, məğrur olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək torpaqlarımızı əzəli düşməndən təmizlədi.
Sonra 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin balaca aktyorlarının ifasında “20 Yanvar – Müstəqilliyimizə gedən yol” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Kompozisiya tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Tədbirin sonunda şəhid övladlarına Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən çap edilmiş “Heydər Əliyev və Azərbaycan tarixi” və Prezident İlham Əliyevin fəaliyyətinə həsr edilən “Bizim böyük qələbəmiz” adlı kitablar və tədbir təşkilatçılarının hədiyyələri təqdim edilb.

image-img-20240118-wa0029 image-img-20240118-wa0028 image-img-20240118-wa0026 image-img-20240118-wa0027 image-img-20240118-wa0025 image-img-20240118-wa0024 image-img-20240118-wa0023 image-img-20240118-wa0021 image-img-20240118-wa0020 image-img-20240118-wa0018 image-img-20240118-wa0016 image-img-20240118-wa0017

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90