image-rt-reklam
image-1backend

Siyasi, iqtisadi və humanitar sahələri əhatə edən ikitərəfli əlaqələr

image-728x90

Azərbaycanın Avropa dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir.

Artıq dördüncü ildir ki, davam edən Rusiya-Ukrayna müharibəsi Avropanın enerji təhlükəsizliyinə təhdid yaradıb. Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Avropanın enerji bazarında təbii qazın qiyməti artıb. Ötən ilin dekabrında Avropa birjalarında təbii qazın qiyməti 30 faiz artaraq 1000 kubmetr üçün 560 dollardan 700 dollara yüksəlib.

2021-ci ilin iyulunda Avropa İttifaqı ilə imzaladığı müqaviləyə əsasən, Azərbaycan 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının həcmini 30 milyard kubmetrə çatdıracaq.

Hazırda Avropanın 4 ölkəsində – Macarıstan, Slovakiya, Çexiya, Avstriyada ciddi enerji problemi gözlənilir.   Azərbaycan neft və təbii qaz ilə zəngin ölkə olduğu üçün Qərb dövlətlərinin bazarlarına çıxmaq niyyətindədir.  Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə ixracın əhatə dairəsi artır və hazırda boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynaması Avropa İttifaqı dövlətlərinin maraqlarını təmin edir.

Azərbaycan Avropanın aparıcı dövlətlərindən olan İtaliya üçün də cəlbedici ölkədir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Azərbaycan və İtaliya arasında siyasi əlaqələr hazırda da yüksək səviyyədədir, effektiv dialoq mövcuddur.

Sentyabrın 30-da İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da  genişləndirilməsinə böyük təkan olacadır. Həmin gün Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Görüşlərdə Azərbaycan-İtaliya arasında əlaqələr, onların genişləndirilməsi və bir sıra digər məsələlərə müzakirə edilib və hər iki dövlət başçısı mətbuata bəyanatla çıxış ediblər.

İtaliya Prezidenti Sercio Mattarella ilə görüşdə və mətbuata bəyanat zamanı dövlətimizin başçısı vurğulayıb ki, iqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır. Hazırda Azərbaycan və İtaliya arasında iki strateji tərəfdaşlıq sənədi vardır. Onlardan biri 2015-ci ildə imzalanıb.  Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il əvvəl imzalanıb. Keçən illər ərzində ölkələr arasında münasibətlər çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib və bu gün siyasi əlaqələr ən yüksək səviyyədədir.

İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəsı artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilib. Burada xüsusilə Azərbaycan neftinin və qazının İtaliyaya ixracını qeyd etmək lazımdır. Bununla yanaşı Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəsini vermişdir. Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi: “Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdədir, Azərbaycan qazı ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir. Biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı”.

Qeyd edilməlidir ki, iki ölkə arasında humanitar sahədə də əlaqələr genişlənməkdədir. İtaliya Prezidentinin ölkəmizsə səfəri çərçivəsində oktyabr ayının 1-də İtaliya-Azərbaycan Universitetinin açılışı keçirilib. bir sözlə, energetika, sənaye sahəsindəki əməkdaşlıq humanitar sahədəki əməkdaşlığa da yol açıb. Yeni açılan Universitetdə təhsil alan və alacaq tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər. Bu da öz növbəsində iki dövlət arasında  dostluğu daha da gücləndirəcəkdir.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90