image-rt-reklam
image-1backend

“Sipark İnşaat” kimə güvənir? Şirkət yaşıllıqları məhv edib

image-728x90

Müstəqiliyin gətirdiyi problemlərdən biri də tikinti bumudur.

Heç bir tikinti qaydalarına, sanitar normalara riayət etmədən tikilən binaların sayı durmadan artır.

Əslində bu əhalini mənzillə təmin etmək deyil ee, məmur və oliqarxlarda toplanmış çirkli pulların realizasiyasıdır.

Bakıda bəzən bütöv mərtəbəni alan məmurlar var. Hətta elə məmurlar var ki, artıq kirayə evlər kralına çevrilib.

Amma borc-xərc, çətinliklə də olsa müəyyən əhali təbəqəsi öz mənzil problemini həll etmək istəyir. Bunun üçün özləri də bilməzdən fırıldaqçı iş adamlarına, MTK sahiblərinə tuş olurlar.

Müxtəlif vədlərlə vətəndaşların pullarını alan, bina tikəcəyini vəd verən MTK illərlə aldatdığı müştərilərdən qopmaq üçün hətta adını da dəyişib. Yəni “Evrostroy” MTK gecənin birində dönüb olub “Sipark” MTK. Daha sonra isə “Sipark İnşaat”…

Və… Bundan sonra ondan pul istəyən vətəndaşı, aldatdıqları iş adamların biz başqa şirkətik deyirlər.
İndiki adı Sipark olan MTK paytaxtımızın Yasamal, Nəsimi, Əhmədli adlı məkanlarında, hətta Türkiyədə bina tikintisi ilə məşul olur.

Neçə illərdir ki, mətbuat bu şirkətin vətəndaşlarla hansı problem yaşadığını, vətəndaşların aldadıldığını yazır. Amma bu şirkətə kimsə, gözün üstə qaşın var demir. Şirkətin adı indi daha bir qalmaqalda hallanır. Belə ki,  “Sipark İnşaat” bütöv bir yaşıllığı məhv edib və şirkət məhkəməlik olub. Öz evinin həyətində kiçik bir ağacı budayanda başının üstünü əzrayıl kimi kəsdirən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi nədənsə bunu görməyibBəlkə də görüb, amma özünü görməməzliyə vurub.

İndi iş məhkəmə qədər yol alıb. Saytımıza verilən məlumata görə tikinti şirkəti yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyi pozmaqda ittiham edilir və barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə protokol tərtib edilib.

“Sipark İnşaat” şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən lazımi icazə olmadan ağacların və ya kol əkililərinin zədələnməsində, məhv edilməsində, habelə qanunsuz kəsilməsində ittiham olunur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90