Ermənistan parlamentinin sədri Alen Simonyan gənclərə müraciət edərək Azərbaycanla əldə olunan sülh razılaşmasının tarixi əhəmiyyətini vurğulayıb.
Facebook hesabında paylaşım edən Simonyan qeyd edib ki, əldə olunan razılaşma ölkə üçün geniş imkanlar yaradır — iqtisadiyyatın möhkəmləndirilməsi, təhsilin inkişafı və təhlükəsizlik səviyyəsinin artırılması sahələrində ciddi perspektivlər açılır.
“Sizin nəsliniz davamlı sülhün ən böyük qurucusu və qoruyucusu olacaq. İnanıram ki, birlikdə siz sərhədsiz, qeyri-müəyyənliksiz və qorxusuz şəkildə arzularınızı reallaşdıra biləcəyiniz təhlükəsiz, ədalətli və çiçəklənən bir Ermənistan quracaqsınız”, – deyə Simonyan bildirib.