image-rt-reklam
image-2backend

Şimali Kipr parlamentinin deputatı Türk Birliyini qondarma adlandırdı: Orxan Həsənoğlunun cavabı gecikmədi  

image-728x90

Ötən gün Şimali Kipir Türk Respublikasının parlamentinin iclası zamanı, parlamentin deputatı, Erkut Şahali həddini aşaraq Türk Dövlətləri Birliyini qondarma birlik adlandırıb.

Davamlı olaraq Türkiyə və türk dövlətlərinə qarşı, Avropadakı dəstəkçilərindən aldığı təlimat üzrə Türk Birliyini aşağılayan Erkut Şahalı layiqli cavabını alıb.

image-1

Erkut Şahali parlamentdəki çıxışı zamanı Türk Dövlətləri Birliyini “Çaxma” yəni saxta bir birlik adlandırmasına Şimali Kipir Azərbaycan Evinin rəhbəri, Orxan Həsənoğlu cavab verib. Vətəninfo.az-a açıqlamasında Orxan Həsənoğlu bildirib ki,  Erkut Şahalı öz çıxışı ilə kimə xidmət etdiyi bəllidir.

Həsənoğlu bildirib ki, Erkut Şahalının  TDB-nə qarşı səsləndirdiyi açıqlamanı “Kıbrıs TV”-də Ezgi Çelik xanımın canlı yayımda apardığı proqramda öyrənib.

“ Mən öz adımdan lazımi cavabı verdim. Təəssüf ki, KKTC-də özlərini türk “millətçisi” kimi təqdim edənlərin açıqlamalarını görə bilmədim. Elə efir vasitəsi ilə bəyan etdim ki, KKTC üzvlüyü təbii ki, “Çaxma”, yəni saxta deyil. Amma ŞKTC-də çoxlu saxtakar millətçilərin olduğun bilirdik. Ancaq Erkut Şahali kimi Türk Dövlətləri Birliyini sözdə dəstəklədiyini bildirərək, amma arxada onun əleyhinə iş aparanları da üzə çıxarmış olduq”.-deyə Orxan Həsənoğlu bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90