Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını və ordusunu təbrik edib.
Ulusal.az xəbər verir verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.
“Qardaş Azərbaycan işğal altında olan torpaqlarını azad edib. Qəhrəman Azərbaycan xalqını və ordusunu 8 Noyabr- Zəfər Gününü münasibətilə təbrik edir, bütün şəhidlərimizi rəhmətlə anırıq”, – paylaşımda bildirilib.