image-rt-reklam
image-1backend

Silsilə zəlzələlər proqnozlaşdırılır – “Bakı hazır olmalıdır”

image-728x90

Çin və Qırğızıstan sərhədində davam edən seysmik aktivlik fonunda Altay, Omsk və Kemerovo vilayətlərində zəlzələlər mümkündür.

Ulusal.az “aif.ru”ya istinadən xəbər verir ki, ekoloq Oleq Şibeyev gələcək afterşokların yerlərini proqnozlaşdırıb.

“Altayda 4 baldan çox, Baykal gölünün cənubunda isə 5 baldan yuxarı zəlzələlər başlaya bilər”, – ekspert proqnozlaşdırır. Şibeyev seysmik aktivliyin İran, Azərbaycan ərazilərinə də keçəcəyini, Yaxın Şərqə və Türkiyəyə çatacağını istisna etmir. Çinin özündə daha bir güclü zəlzələ – maqnitudası 7,2 və daha yüksək zəlzələ mümkündür.

Ekoloqların proqnozlarına görə, ən böyük risklər fevraldan martın ortalarına qədər olacaq. O zaman Türkiyədə ötənilki hadisələrin təkrarı baş verə bilər. Şibeyev Krasnodar və Stavropol ərazilərində, həmçinin Dağıstanın Botlix bölgəsində baş verən silsilə zəlzələlərə də diqqət çəkib. Mütəxəssis hesab edir ki, Xəzər dənizinin Dağıstan sahillərində ən azı 4 bal gücündə seysmik enerji buraxıla bilər.

“Bundan əlavə, Azov dənizi – Xəzər dənizi xətti boyunca oynamağa davam edəcək. Bakı hazır olmalıdır, sahildə silkələnmə də ola bilər”, – ekspert xəbərdarlıq edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90