image-rt-reklam
image-nesib66backend

“Silahlı Qüvvələrimizin güclənməsi, ölkəmizlə yanaşı, regionun təhlükəsizliyə xidmət edir”

image-728x90

Prezident İlham Əliyev cari ilin 23 iyun tarixində Müdafiə Nazirliyinin komando hərbi hisssələrindən birinin açılışı zamanı ordumuzun daha da gücləndirilməsi istiqamətində atılan addımlardan bəhs edib, görülən işlərin miqyasına toxunub. Ali Baş Komandan qeyd edib ki, yaxın gələcəkdə Azərbaycan Ordusu yeni, yüksək səviyyəyə yüksələcək.

Azərbaycan Ordusunun döyüş hazırlığının daha da yüksəlməsi ölkəmizlə yanaşı, həm də bütün regionun təhlükəsizliyinə hesablanan addım kimi dəyərləndirilə bilərmi?

Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Prezident İlham Əliyev, komando hərbi hissələrindən birinin açılış mərasimindəki çıxışında, Silahlı Qüvvələrin yenidən təşkilatlanması, ən müasir silahların və döyüş texnikasının alınması, ölkənin təhlükəsizlik sisteminin daha da gücləndirilməsi barədə, aparlan islahatlarla geniş ictimaiyyəti məlumatlandırdı. Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlar və bir çox regional məsələlərlə əlaqədar müasir dövrün aktual mövzularına aydınlıq gətirdi. Xüsusilə, yeni pilotsuz uçuş aparatlarının, dəqiqliklə uzaqvuran raketlərin alınması üçün kontraktların bağlandığını, komando heyətlərinin, dəniz piyadalarının say tərkibinin artırıldığını, dövlət büdcəsində müdafiə xərclərinə əlavələr edildiyini vurğuladı.

Bütün bunlar, zamanın diqtə etdiyi tələblərdən irəli gəlir. Çünki, Ermənistanın məğlubiyyətinin həzm edə bilməyən, çox saylı daxili və xarici qüvvələr, regionda gərginliyin saxlanılmasında maraqlıdırlar.

44 günlük müharibənin yaratdığı reallıqlardan biri də odur ki, Cənubi Qafqaza daxil olmaq istəyən xarici güclərin sayı kəskin artdı. Hətta, Ermənistanı müdafiə məqsədilə, bölgəyə ordu yeritmək istəyən cənub qonşumuzun təhlükəli addımlarını gördük.

Rusiya-Ukrayna müharibəsi, dünyada gedən mürəkkəb proseslər təbii olaraq, qlobal və regional təhlükəsizlik sisteminə yeni yanaşmalar tələb edir. Azərbaycana müharibə lazım geyil. Biz heç bir dövlətlə müharibə istəmirik. Ancaq, yaranmış şərait, keçdiyimiz tarixi yol, bir daha səhv etmək ixtiyarımızın olmadığını şərtləndirir. Hal-hazırda gedən proseslər, o qədər qəlizdir ki, anidən buraxılmış səhv olduqca baha başa gələ bilər. Allah eləməsin, əgər yenidən müharibə olarsa, bu artıq iki dövlət arasında yox, bir çox böyük dövlətlərin cəlb olunduğu qlobal münaqişəni proqnozlaşdıra bilərik.

Silahlı Qüvvələrimizin daha da güclənməsi, döyüş hazırlığının yüksəldilməsi, birmənalı şəkildə, ölkəmizlə yanaşı, bütövlükdə regionun təhlükəsizliyinin təmin olunmasında əsas faktor olaraq qalır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90