image-rt-reklam
image-arzuman_muradli-yeni_foto_-2backend

“Silahlı ermənilər Qarabağdan çıxarılmayınca, bu təxribatlar davam edəcək” -Arzuman Muradlı

image-728x90

“Qarabağ ermənilərinə vaxt verilməlidir. Həmin zaman çərçivəsində Qarabağda qalıb Azərbaycan bayrağı altında yaşamaq istəyənlər qalmalı, digərləri Azərbaycan ərazisini tərk etməlidir. Əks halda anti-terror əmnəliyyatı qaçılmaz olacaq” – Ulusal.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, dəfələrlə Qarabağdan qoşunlarını çıxardığını bəyan edən İrəvan, indi son “Qisas 2” əməliyyatında məhv edilən iki hərbçisinin cəsədinin Qarabağdan Ermənistana gətirilməsinə icazə verməsi üçün müxtəlif kanallar vasitəsilə Azərbaycana müraciət edir.

“Bizim ərazimizdə bu günə qədər Ermənistandan silahlılarin qalması, onların İrəvan tərəfindən maliyyələşdirilməsi və idarə olunması təkzibolunmaz faktlardır. Bu faktlar Azərbaycana qarşı ərazi iddiası kimi dəyərləndirilməlidir və erməni silahlılarını tərksilah edilərək ərazimizdən çıxması və ya çıxarılması üçün sulhməramsiz qüvvələrə konkret zaman, məsələn 10-20 gün verilməlidir. Əks halda bir neçə istiqamətdən təmizləmə əməliyyatına başlaya bilərik. Silahlı ermənilər Qarabağdan çıxarılmayınca, bu təxribatlar davam edəcək. Bu təxribatların qarşısını almaq isə anti-terror əməliyyatından keçir.”- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90