Suriyada 61 illik Baas rejiminin süqutundan sonra rejim əsgərlərinin və təhlükəsizlik bürokratiyasının silahlarını təhvil verməsi və müvəqqəti administrasiya tərəfindən yaradılan “tanıma və uzlaşma mərkəzləri”nə qeydiyyatdan keçmə praktikası davam edir.
Ulusal.az xəbər verir ki, Əsəd rejimi əsgərlərinin silahlarını təslim etdiyi anları CNN Türk yayımlayıb.
Rejimin devrilməsindən sonra bəzi əsgərlərin ölkədən qaçdığı, ölkədə qalan əsgərlərin isə yeni hökuməti tanıyaraq silahlarını təhlükəsizlik qüvvələrinə təhvil verdiyi bildirilib.
Canlı yayımda əks olunan görüntülərdə seyflərdəki ağır silahlar diqqət çəkib.
Silahlarını təhvil verdikdən sonra imza atıb fotoşəkil çəkdirən əsgərlərin təhlükəsizlik araşdırması aparılacağı qeyd edilib. Gün ərzində mərkəzə 1500-3000 arası rejim əsgərinin gəldiyi məlum olub.
Sözügedən görüntüləri təqdim edirik: