Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə çox qısa zaman qalıb.
Sabahdan növbədənkənar parlament seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanacaq.
Ulusal.az xəbər verir ki, Seçki Məcəlləsinin 58.1 və 94.3.1-ci maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18:00-dək nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir.
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət iyulun 13-dən başlayaraq, avqust ayının 2-si saat 18:00-dək olan dövrü əhatə edəcək.
Sözsüz bu parlamentdə çoxsaylı millət vəkili olmayacaq. Öz susqunluğu, ilə hətta parlamentin statstikasında adı olmayan Əliabbas Salahzadənin bu parlament seçkilərində adı siyahıda olmayacağı bəllidir. Böyük ehtimalla hakim Yeni Azərbaycan Partiyasının siyahısında Əliabbas Salahzadənin adı olmayacaq. Daha çox adı qalmaqallı torpaq məsələlərində hallanan Əliabbas Salahzadə parlamentdə bu günə qədər bir dəfə də çıxış etməyib. Ən maraqlısı isə daimi öz yazıları saytlarda dərc olunan Əliabbas Salahzadənin konkret olaraq bu yazılardan xəbəri yoxdur. Çünki bu işləri onun üçün ona yaxın olan jurnalistlər görür. Bir sözlə Əliabbas Salahzadənin parlamentdə işi gəlib oturub, qulaq asmaqdan və çıxıb evinə getməkdən ibarətdir. Yeni Azərbaycan Partiyasında kifayət qədər savadlı, parlamentdə olmağa layiq kadrların olduğunu bilirik. Nədən Salahzadə parlamentdədir. Sözsüz burada Əliabbas Salahzadənin qaynatası, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin mühüm rolu var. Bir sözlə belə görünür ki, Allahşükür Paşazadə öz kürəkənini bu dəfə parlamentə sala bilməyəcək.
Əliabbas Salahzadə 1979-cu il yanvarın 22-də Bakı şəhərinin Bilgəh qəsəbəsində anadan olub. Azərbaycan Beynəlxalq Universitetində təhsil almış, Azərbaycan Milli Aviasiya Akademiyasının Beynəlxalq hüquq fakültəsini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. 1-ci dərəcə dövlət qulluqçusudur. Yerli özünüidarə məsələlərinə dair bir sıra məqalələrin müəllifidir. İngilis və rus dillərini bilir.
2000-ci ildən Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsi bələdiyyəsinin sədri vəzifəsində çalışmış, hərbi xidmət keçmiş, 2006–2020-ci illərdə Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının Təhsil, səhiyyə və mədəniyyət şöbəsinin, daha sonra İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Albaniya, Argentina, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, İsveç, Səudiyyə Ərəbistanı parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 4 övladı var.