image-2000x150
image-media-6-kocesger-kendi-n93wr604tubv2olhi51f-620x460backend

Seymur Orucov Köçəsgər kəndində vətəndaşların növbəti səyyar qəbulun keçirib

image-728x90

Müvafiq qrafikə uyğun olaraq Köçəsgər kənd 1 nömrəli tam orta məktəb binasının akt zalında təşkil olunan səyyar qəbulda başçının müavinləri, aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti üzrə təşkilatların nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər. 

RİH başçısı giriş nitqində Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə nüfuz sahibinə çevirən Prezident İlham Əliyevin müəyyən etdiyi uğurlu daxili və xarici siyasətdən söz açaraq qeyd edib ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması sosial-iqtisadi siyasətin ən mühüm prioritetlərindən biridir. Həmçinin ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq hazırda Ağstafa rayonu ərazisində həyata keçirilən abadlıq-quruculuq layihələri barədə ümumi məlumat verilib.

Bu səyyar qəbulda da vətəndaşlar, onları maraqlandıran müxtəlif məzmunlu məsələləri ətraflı şəkildə diqqətə çatdırıblar. Hər bir mövzu ilə bağlı qanunamüvafiq qaydada izahatlar verilib və məsələlər qeydiyyata alınaraq nəzarətə götürülübdür.

image-media-2-kocesger-kendi-1-503mbiypl814cugznjwv image-media-3-kocesger-kendi-enwgx0imujcpsqvtya56 image-media-6-kocesger-kendi-n93wr604tubv2olhi51f image-media-5-kocesger-kendi-qb9moce1un3f4z7y8kwt image-media-4-kocesger-kendi-hx8rcpf9oa3slge45wvy image-media-6-kocesger-kendi-n93wr604tubv2olhi51f-620x460

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90