image-rt-reklam
image-media-5-medallarin-teqdimati-9xa3g5m8voj4u2e1rwni-620x460backend

Seymur Orucov ağstafalı şəhidlərimizin orden və medalların ailə üzvlərinə təqdim edib

image-728x90

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Prezident İlham Əliyevin 05 noyabr 2022-ci il tarixli müvafiq Sərəncamı ilə ölümündən sonra təltif olunmuş növbəti ağstafalı şəhidlərimizin orden və medalları ailə üzvlərinə təqdim olunub.

Tədbirdə, Seymur Orucov Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Anar Hüseynov və RİH başçısı aparatının məsul əməkdaşları iştirak ediblər.

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vətən oğullarının ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

image-media-2-medallarin-teqdmati-81bzjt0i94ogxf5qcevu image-media-1-medallarin-teqdmati-zq95pwlfrmjt1n70cias image-media-3-medallarin-teqdmati-qbmozfiet1ng7uh625jc image-media-5-medallarin-teqdimati-9xa3g5m8voj4u2e1rwni image-media-5-medallarin-teqdimati-9xa3g5m8voj4u2e1rwni-620x460

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90