image-rt-reklam
image-1backend

Seymur Orucov Ağstafa şəhərində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

image-728x90

Ağstafa şəhər 1 nömrəli tam orta məktəb binasında təşkil olunan səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İcra başçısı səyyar qəbulda giriş nitqi söyləyərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq arenada günbəgün artan yüksək nüfuzundan, dinamik sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən, eləcə də işğaldan azad olunan ərazilərdə həyata keçirilən nəhəng quruculuq işlərindən və Böyük Qayıdış proqramının icrasından söz açıb.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib. Yerli icra hakimiyyətlərinin səlahiyyətinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün nəzarətə götürülüb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90