“Qarabağ”ın futbolçusu Juninyonun “Flamenqo”dan yaxşı şərtlərlə təklif aldıqdan sonra “Sevilya”ya transfer olunmaqdan imtina etdiyi barədə məlumat vermişdik. Lakin İspaniya klubu braziliyalı hücumçunu heyətinə qatmaqda israrlıdır.
Bu barədə Publika.az-a ispaniyalı jurnalist Migel Palomino məlumat verib. Əndəlüs klubuna yaxınlığa ilə tanınan həmkarımız La Liqa təmsilçisinin Juninyonu hələ də gündəmində saxladığını bildirir.
Onun sözlərinə görə, “Sevilya” rəhbərliyi hazırda Ağdam klubunun 28 yaşlı hücumçusu ilə bağlı vəziyyəti izləməyə davam edir. “Ağ-qırmızılar” fürsət yaranacağı halda Juninyo üçün həmlə edəcək.
Qeyd edək ki, İspaniya təmsilçisi “Qarabağ”a 4+1 milyon avro, futbolçuya isə təqribən 1,5-1,7 milyon avro maaş təklif edib. Yanvarın 7-də Brazliyanın “Flamenqo” klubu daha yaxşı şərtlərlə Azərbaycan çempionuna və futbolçuya müraciət edib. Nəticədə Juninyo “Sevilya”ya keçməkdən imtina edib.