image-rt-reklam
image-1backend

Səudiyyə klubu Juniora fantastik maaş təklif edib

image-728x90

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Vinisius Junior Səudiyyə Ərəbistanından fantastik təklif alıb.

AZƏRTAC AS nəşrinə istinadən xəbər verir ki, adı açıqlanmayan klubu braziliyalı yarımmüdafiəçiyə 5 illik müqavilə təklif edib. Vinger təklifi qəbul etsə, bu müddət ərzində bir milyard avro qazanacaq.

İddiaya görə, klub futbolçunun transferi üçün Madrid təmsilçisinə 300 milyon avro təzminat ödəmək niyyətindədir. La Liqa klubu isə oyunçunu 1 milyard avrodan aşağı qiymətə satmaq istəmir. Lakin yarımmüdafiəçi komandadan ayrılmaq istədiyini bildirsə, “kral klubu”nun rəhbərliyi ərəblərin təklifi ilə razılaşmalı olacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90