image-2000x150
image-645357eeecb55backend

Səudiyyə Ərəbistanından Sudana 100 milyon dollar yardım ayırdı

image-728x90

Səudiyyə Ərəbistanı Sudana 100 milyon dollar dəyərində humanitar yardımdan əlavə, münaqişədən zərər çəkənlər üçün rəsmi platformada vəsait toplama kampaniyası təşkil edəcəyini açıqlayıb.

Ulusal.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın xəbərinə görə, Kral Salman və Humanitar Araşdırmalar Mərkəzinin rəhbəri Abdullah bin Əbdüləziz ər-Rabia açıqlama verib.

Rabianın açıqlamasına görə, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman Kral Salmana Yardım və Humanitar Araşdırmalar Mərkəzinə “Sudana 100 milyon dollar dəyərində müxtəlif humanitar yardımlar göstərməyi” tapşırıb.

Kral Salman və vəliəhd Bin Salman da Sudan xalqının qarşı-qarşıya olduğu mənfi şərtlərin təsirlərini azaltmaq üçün “Sahem” platforması üzrərindən yardım kampaniyası təşkil edilməsini tələb ediblər.

Kral Salman və vəliəhd şahzadə bin Salmanın göstərişlərinə əsasən Sudanda məcburi köçkünlərə humanitar yardım və tibbi yardım göstəriləcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90