image-rt-reklam
image-isfendiyar1743792068backend

Şərurlu İsfəndiyar 1000-dən çox mənzilin “kupça”sını vermir…

image-728x90

“Şərur” MTK-nın rəhbəri, iş adamı Şərurlu İsfəndiyarla bağlı yenə mənzil sahiblərindən şikayət var. Sonuncu dəfə karyerası barədə çıxışı ilə özünü “yandıran” iş adamı indi də vətəndaşların mülkiyyət hüququnu pozur. Belə ki, iş adamı satdığı mənzillərin “kupçası”sını vermək istəmir. Mənzil sahibləri uzun illərdir mülkiyyət hüququnu təsdiq edən sənədi – çıxarışı ala bilmirlər.

“Şərur MTK”nın  Yasamal rayonu, xarici dairəvi yol-6 ünvanındakı yaşayış binasında mənzil sahibi olan Azər Əliyev üzləşdiyi qanunsuzluqla bağlı “Sitat.info”ya danışıb.

Vətəndaş bildirib ki, mənzillin pulunu tam şəkildə ödəsə də, şirkətdən “kupça” ala bilmir: “İki il əvvəl “Şərur MTK”dan mənzil aldım. Sıfırdan təmiri etdim, qaz, su, işıqla bağlı hər bir sənədi qaydasına saldım.

Mənzili 3 illik kreditlə götürmüşdüm, ancaq 1 il ərzində kreditimi tam ödəyib bağladım. Artıq evimin çıxarışını almaq istəyirəm. Dəfələrlə müraciət etmişəm, lakin “Şərur MTK”nın nümayəndələri qulaqardına vururlar. Deyirlər ki, nə problem var, yaşayırsınız da…”.

Mənzil mülkiyyətçisi A.Əliyev onun kimi yüzlərlə sakinin bu haqsızlıqla üzləşdiyini deyib: “1000-dən çox sakin evinin sənədini ala bilmir. İsfəndiyar özünəməxsus bir sistem qurub, vətəndaşı əzir, haqqını tapdalayır. 1000-dən çox sakin evinə “kupça” ala bilmir. Bütün sənədlər qaydasındadır, ancaq Şərurlu İsfəndiyar qanunları çeynəyir, heç kimi də vecinə almır. Təsəvvür edin ki, “Şərur MTK”nın bizə satdığı evləri təmir etdirən zaman başımıza açmadıqları oyun qalmadı. Evə kran vasitəsi ilə qaldırdığımız yük üçün şirkət 900 manat pul aldı. Vermək istəməyəndə işığımı kəsirdilər”.

Azər Əliyev hesab edir ki, sənədləşmə prosesini qəsdən uzadırlar və burada da ciddi “maraqları” var: “Onun marağı budur ki, alqı-satqı prosesi olarsa, şirkət bunu özü həyata keçirsin. Mənzil addan-ada keçən zaman 2500-3000 manat məbləği özləri mənimsəyirlər. Çıxarış olanda isə, “ASAN xidmət”də 200-300 manat dövlət rüsumunu ödəyib alqı-satqını rahat həyata keçirmək olur. Bu zaman dövlət büdcəsinə pul ödəyirsən. Şərur MTK isə prosesi uzadır , alqı-satqı müdədətində vətəndaşlar satış edə bilmirlər. Həm sakinlərə əziyyət verirlər, həm də proses baş tutanda kvadrata görə 2500-3000 manat məbləğində pulu özləri mənimsəyib ciblərinə qoyurlar. Bu yolla həm də dövlət büdcəsinə gedəcək vəsaiti mənimsəmiş olurlar”.

Məsələ ilə bağlı iş adamı İsfəndiyar Axundovla əlaqə saxladıq. Onun reaksiyası isə belə oldu: “Notariusa getsinlər, çıxarışı oradan alsınlar…”.

Şikayəçi isə bildirdi ki, iş adamının bu cavabı absurddur: “Notarius “kupça” vermir. Şirkət tərəfindən sənədlər “BT”-yə göndərilməlidir ki, digər proseslər başladılsın. Bunu özləri yaxşı bilirlər…”.Sitat.info

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90