image-2000x150
image-1677503230_arzuman-222-2backend

“Sərhəddəki təxribatın təşkilatçısı Fransadır” -Politoloqdan SENSASİON DETALLAR

image-728x90

“Fransa regionda sabitliyi qəbul etmir. Məhz Fransızlardan və ruslardan ilhamlanan ermənilər sərhəddə təxribata əl atırlar. Mən çəkinmədən bildirirəm ki, sərhəddəki təxribatın əsas təşkilatçısı Fransadır” – bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq əlavə edib ki, Fransa Ermənistanla münasibətləri hərbi əməkdaşlıq müstəvisinə qaldırmağa qərar verib.

“Bunu artıq fransız mediası açıq çəkildə yazır. Fransa Ermənistanı silahlandırmağa qərar verib. Artıq Fransa Ermənistandakı səfirliyində hərbi nümayəndəlik yaradıb. Ermənistanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonna bu barədə açıqlama verib.”Fransanın Ermənistandakı səfirliyində hərbi missiyanın yaradılması bu əsas sahədə ikitərəfli əməkdaşlığımızı dərinləşdirməyə imkan verəcək”, – deyə o qeyd edib.Bu barədə digər məlumatı isə Fransanın nüfuzlu “Intelligence online” portalı yayıb. Adıçəkilən mənbənin yazdığına görə, Fransa Ermənistana silah ixracı sisteminin qurulmasına hazırlıq üçün tədbirlər görməyə başlayıb. Fransa tezliklə İrəvana daimi hərbi attaşe təyin edəcək. Hazırda bu funksiyanı Fransanın Gürcüstandakı səfirliyinin hərbi attaşesi Frederik Kampos həyata keçirir. Bütün bunlar onu deməyə əsas verir ki, Fransa Cənubi Qafqazda müharibə ocağını alovlandırmaq niyyətindədir. Ancaq rəsmi Paris unudur ki, regionda sülhə əngəl ola bilməyəcəklər. Ali Baş Komandan İlham Əliyev Şuşadakı çıxışında da bir daha bəyan etdi ki, indi hər kəs Azərbaycanla hesablaşmalıdır. ” -deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90