image-2000x150
image-indirbackend

“Sərhəddəki təxribatda Fransa izi var” -Politoloqdan FAKTLAR

image-728x90

” Son günlərdə Kəlbəcər istiqamətində erməni təxribatının müəllifi Fransadır. Artıq hər kəsə bəllidir ki, Azərbaycan Fransadan gələn “humanitar yükü” sərhddən buraxmadı. Bu bizim hüququmuzdur. Kimin yükünü sərhəddən buraxacağımıza biz qərar veririk. Ancaq görünən odur ki, erməni lobbisinin təsiri altında olan Paris qisasçılıq hissini davam etdirir” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq qeyd edib ki, sərhəddəki təxribatlar belə bizim məqsədimizdən çəkindirə bilməz və biz öz istəklərimizi həyata keçirəcəyik.

” Sərhəddəki təxribattın həm də başqa bir məqsədi var. İstər rəsmi Paris, istərsə İrəvan anlayır ki,  Azərbaycan Qarabağda qayda-qanun yaratmaq istəyində israrlıdır.Bunu görən Fransa bu təxribatın planını həyata keçirməkdə ermənilərə dəstək verir. Məqsədləri diqqəti Qarabağdakı xaosdan sərhəddə yönətlməkdir ki, Azərbaycan bölgədə əməliyyat planını təxirə salsın.  Hadisələr Azərbaycanın Qarabağın tamamını nəzarətə götürmək üzrə inkişaf edir. Bunu sərhəddə yaradılan gərginlik də durdura bilməyəcək.”- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90