Azərbaycan sərhədçiləri yaxın 8-9 gün ərzində sərhədin demarkasiya olunan Qazax-Tavuş istiqamətinə yerləşəcək.
Ulusal.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi bildirib.
Məlumatda qeyd olunur ki, hər iki tərəfin – Ermənistan və Azərbaycanın sərhədçiləri razılaşdırılmış sərhədə yaxın 8-9 gün ərzində yerləşdiriləcək.
“Həssas yer olan Kirantsda isə sərhədçilərin yerləşməsi bir qədər vaxt alacaq, burada müəyyən detalları dəqiqləşdirməyə ehtiyac var”, – Ermənistanın rəsmi açıqlamasında bildirilir.