“Qarabağ məsələsinin hərbi-siyasi, siyasi-diplomatik sonluğu kimi, hüquqi sonluğu da olmalıdır və olacaq. İlk addım atılmışdı- xunta özünü buraxdı. Bu, rəsmən tanınmamış olsa da, Qarabağda yaşayan ermənilərin öz qondarma “höküməti” tərəfindən verilmiş hüquqi aktdır”.
Ulusal.az-ın məlumatına görə, bunu hərbi icmalçı, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram Qarabağ separatçılarının həbsindən danışarkən deyib.
O bildirib ki, hüquqi tamamlanmanın digər istiqaməti xunta üzvlərinin Azərbaycan əhalisinə, əsir və girovlara qarşı törətdikləri hərbi cinayətlərə və Azərbaycan dövlətinə qarşı cinayətlərə görə açıq ədalət məhkəməsi qarşısında cavab vermələridir.
“David Babayan kimi xunta üzvü və digərləri düşünürlər ki, məhkəmə tribunasını “sarsaxa” həsr olunmuş pafoslu siyasi çıxışlar üçün sui-istifadə edəcəklər… Ancaq məhkəmə zalında Xocalı, Qaradağlı, Ağdaban, Meşəli, Cəmilli, Quşçular, Malıbəyli, Kəlbəcər kadrları nümayiş olunanda, genosiddən və etnik təmizləmələrdən sağ çıxanların canlı ifadələri veriləndə, eşidənlərin, görənlərin qanı damarlarında donacaq! O zaman müttəhim kreslosunda əyləşənlərin dilləri quruyacaq”, – hərbi icmalçı deyib.modern.az





















