image-2000x150
image-0a11818416307738914554373071086138backend

Separatçıları sülhməramlılar təlimatlandırır: Azərbaycan bu tələbi irəli sürməlidir

image-728x90

“Biz daha əvvəllər də, müharibəyə qədər və müharibə dövründə, hətta müharibədən sonra da rus kontingentinin nəzarətində olan bəzi ərazilərdə separatçıların səsləndirdiyi bu tip bəyanatlara rast gəlmişik və bu bəyanatların həm Ermənistan, həm də Qarabağdakı separatçılar üçün nə qədər ziyanlı olduğu da bir faktdır”.

Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, kimsəni, o cümlədən Araik Arutyunyanı da Azərbaycanın tərkibində yaşamağa məcbur etmirik. Belə bir niyyətimiz də olmayıb. Kim Azərbaycan ərazisində yaşamaq istəmirsə, onlar bu barədə Azərbaycanın yaxınlıqda yerləşən güc strukturlarının nümayəndələrinə müraciət edə bilərlər və biz onları Qarabağdan öz ərazilərinə rahatlıqla yola sala bilərik:

“Bizə qarşı cinayət törədənlər xaric, qalanlar hamısı ərazilərimizi tərk edib gedə bilərlər. Lakin bu hərbi təlimlərin başlaması isə birmənalı olaraq rus kontingentinin dəstəyi ilə baş verir”.

Ekspert hesab edir ki, biz rus kontingentindən ərazilərimizdəki erməni silahlılarının təmizlənməsi üçün qrafik tələb etməliyik:

“Belə bir qrafik məhdud müddəti nəzərə almalıdır. Əgər qrafikə riayət olunmazsa, Azərbaycan mülki əhalinin daha seyrək yaşadığı ərazilərdə təmizləmə əməliyyatlarına başlaya bilər. Hazırda danışıqlar prosesi getdiyi üçün bəzi qüvvələr bundan sui-istifadə etməyə çalışsa da, onların nəzərinə çatdırmaq lazımdır ki, Azərbaycan üçün danışıqlar prosesi təmizləmə əməliyyatlarını həyata keçirməyə maneə yaratmır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90