image-rt-reklam
image-33backend

“Separatçıları heç kim xilas edə bilməyəcək”- Arzuman Muradlı

image-728x90

“Qarabağda separatçıların aktivləşməsində birbaşa Fransanın rolu danılmazdır. Azərbaycanın göndərdiyi humanitar karvanı da məhz Fransanın diktəsi ilə qəbul etmirlər. Burada Fransadakı erməni diasporu/lobbisinin maraqlarının olduğu sirr deyil, eyni zamanda 44 günlük müharibədən sonra Cənubi Qafqazdan uzaq düşən Fransa Ermənistan üzərindən bölgədəki təsir imkanlarını gücləndirmək niyyətindədir.” -Bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq hesab edir ki, bütün bunlar Fransanın hədəfinə çatmaq istiqamətindəki vasitələridir.

“Reallıq budur Fransa separatçıları təlimatlandırmaqla niyyətinə çatmaq istəyir. Ancaq görünən odur ki, buna nail ola bilməyəcək. Çünki Qarabağ Azərbaycan torpağıdır. Burada son sözün sahibi bizik. Tezliklə bütün Qarabağda öz varlığımızı nümayiş etdirəcəyik. Hal-hazırda biz səbr, təmkin nümayiş etdiririk. Əgər ermənilər bunu qiymətləndirməsə anti-terror əməliyyatı qaçılmaz olacaq”- deyə Arzuman Muradlı bildirib.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90