AzTV-də yayımlanan “Həftə” analitik-informasiya proqramında Moskvada saxta Qarabağ rejiminin rus icmasının keçirdiyi iclası Rövşən Məmmədov belə şərh edib:
“Azərbaycana qarşı hələ də şantaj metodlarından əl çəkməyən Rəsmi Kremlin və onun bəlli dairələrinin xeyir-duası ilə Moskvada saxta Qarabağ rejiminin rus icması iclas keçirdi.
İclasda guya Rusiyanın xaricdəki vətəndaşları və rus təşkilatları ilə işləyən icmanın üzvü Andrey Sergeyev iddia edib ki, Azərbaycanın Qarabağı 9 ay blokadada saxlaması, Laçın dəhlizini bağlaması beynəlxalq cinayətdir.
Ona görə də Qarabağın Azərbaycanın tərkibində olması mümkünsüzdür və Qarabağ həm rus icması, həm də ermənilər üçün Vətəndir. Odur ki, onlar mütləq regiona qayıtmalıdırlar. Bax belə… Erməni pulları ilə oynayan 2-ci Zatulin də tapıldı, əziz tamaşaçılar.”
Bu barədə daha ətraflı keçiddə: