Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan separatçılara Ermənistandan qohumları tərəfindən göndərilən bağlamaları təhvil veriblər.
Ulusal.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, İşgəncələrə Qarşı Azərbaycan komitəsinin sədr müavini Elçin Şirinov Azərbaycan Milli Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsində saxlanılan Arayik Arutyunyan, Ruben Vardanyan və Levon Mnatsakanyana baş çəkib.
Komitə nümayəndəsinin sözlərinə görə, separatçıların sabiq rəhbərləri hər həftə yaxınları ilə söhbət etmək imkanına malikdirlər. Onlar lazımi ədəbiyyatla təmin olunublar, elektron kitabxanadan, idman zalından istifadə edə bilirlər.






















