image-2000x150
image-xankendi-aze-900x447backend

Separatçılar qorxuda: Xankəndidə xaos yaranacaq, Azərbaycan Ordusu şəhərə girəcək

image-728x90

Baş separatçı Araik Arutyunyanın “istefa şousu”ndan sonra Xankəndidə terrorçu qruplaşmalar arasında gərginlik yaranıb.

Ulusal.az xəbər verir ki, Ermənistan mətbuatı bu qarşıdurmanın detallarını açıqlayıb.

Bildirilir ki, terrorçu qruplaşmalar “baş separatçı” seçimində bir-birinə güzəşt etmək niyyətində deyillər. Baş separatçının seçilməsi sentyabrın 8-nə planlaşdırılıb. Həmin gün isə Samvel Babayan etiraz mitinqi çağırıb. O bildirib ki, zirzəmidə olan 3 nəfər qərar verə bilməz. Babayan “zirzəmidə olan 3 nəfər” deyərkən Bako Saakyan, Arkadi Qukasyan və Arayik Arutyunyanı nəzərdə tutub.

Qarşıdurma günü-gündən yox, saatbasaat böyüyür. Buna görə də, Araik tərəflərə müraciət edib və gərginlik yaratmamağa çağırıb.

Amma belə görünür ki, qarşıdurma qaçılmazdır. Hətta Ermənistan mətbuatı iddia edir ki, gərginlik silahlı münaqişə həddinə qədər yüksələcək. Xankəndidə separatçılar bir-birini güllələyəcək, sadə xalqın təhlükəsizliyi ilə bağlı ciddi problem yaranacaq. Bu da Azərbaycana legitim hüquq verəcək ki, Ordu Xankəndiyə daxil olsun və qarşıdurma tərəflərini – terrorçuları zərərsizləşdirsin.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90