image-2000x150
image-111backend

Separatçılar Qarabağı belə tərk edəcəklər – Türk general detalları açıqladı

image-728x90

“Dövlət idarəçiliyində diplomatiyanın görəcəyi, əsgərlərin atacağı addımlar hər zaman etap-etap həyat keçirilir. Bundan öncə bildirmişdim ki, 10 noyabr bəyanatından, Ermənistanın kapitulyasiya aktını imzalamasından sonrakı 32 ay ərzində Azərbaycan daima qeyd etdiyimiz şəkildə həm diplomatik, həm də hərbi müstəvidə beynəlxalq hüquq çərçivəsində addımlar atıb. Prezident İlham Əliyevin planları ilə prosses ardıcıl olaraq davam etdirilib”.

Bu fikirləri Publika.az-a açıqlaması zamanı Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

O bildirib ki, Azərbaycan ərazilərində hər hansısa bir silahlı birləşmələrin bundan sonra qalmasından söhbət belə gedə bilməz.

“Bu haqda ölkə başçısı Laçın səfərində də bəyan etdi. Bu çox önəmli bir haldır. Burada önəm kəsb edən odur ki, separatçılar, terrorçular Azərbaycanı beynəlxalaq hüquq baxımından çətin bir vəziyyətə sövq etmək istəyirlər. Amma İlham Əliyevin Laçından etdiyi xəbərdarlıq onların bu planlarını da pozdu.

Sivillərə zərər vermədən, beynəlxalq hüquqa zidd olmadan separatçılara qarşı hər an istər “nöqtə əməliyyatı”, istərsə də anti-terror əməliyyatı həyata keçirilə bilər”.

General qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın belə “Qarabağ Azərbaycandır” deməsindən sonra terrorçu və separatçıların təslim olmaqdan və bölgəni tərk etməkdən savayı yolları yoxdur.

“Bu, belə də olacaq. Sadəcə bunlar onların son çırpıntısıdır. Onlar hələ də “bir dəstək tapa biləcəyikmi?” deyə fikirlərlə dolaşırlar. Lakin sonda döyəcəkləri bir qapının olmadığını gördükdə, əraziləri tərk edəcəklərini hər birimiz görəcəyik. Bu prosses mütləq surətdə cari il ərzində yekunlaşacaq”,- deyə general yekunlaşdırıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90