Azərbaycandan Ermənistana qaçan separatçılar gündəmdə qalmaq üçün müxtəlif yollara əl atırlar.
Ulusal.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, separatçılar QHT yaratmaq niyyətindədirlər. Bu Qeyri-Hökumət Təşkilatını vaxtilə qondarma qurumda fəaliyyət göstərmiş “Ədalət” adlı partiyanın təsisçiləri yaradırlar.
Onlar yaratmaq istədikləri QHT-yə “Ədalət və Qayıdış” adını veriblər. Yəqin ki, bu adla Qarabağa qayıtmaq niyyətlərini bildirmək istəyirlər.
Dekabrın 27-də təşkilatın ofisində (Yerevan, Ara Sarkisyan 6) keçiriləcək mətbuat konfransında təşəbbüskarlar QHT-nin fəaliyyətinin, missiyasının və vəzifələrinin başlanması barədə məlumat verəcəklər.
Maraqlıdır ki, separatçıların yaratdığı təşkilatın prezidenti Ermənistan parlamentinin deputatı Metaxe Akopyandır.publika.az






















