image-rt-reklam
image-1backend

SEPARATÇILAR ARASINDA QARŞIDURMA BÖYÜYÜR – “Ya Arutunyan istefa verəcək, ya da Ağdam yolu açılacaq…”

image-728x90

Rusiyanın Qarabağdakı emissarı, milyarder Ruben Vardanyanla Xankəndindəki qondarma rejimin rəhbərliyi arasındakı qarşıdurma kritik həddə yaxınlaşır. Xəbər verdiyimiz kimi, Vardanyan Ermənistan mətbuatına növbəti açıqalmasında Xankəndindəki separatçı rejimin başında duran Araik Arutunyandan istefaya getməsini tələb edib.

O, hətta bildirib ki, Arutunyan onun da arasında olduğu 8 şəxslə görüşdə istefaya gedəcəyinə söz verib, lakin sonradan vədinə əməl etməyib.

Bu arada məlum olub ki, qondarma rejimin “parlamenti”ndə insident baş verib.

Ulusal.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu günlərdə bir qrup silahlı erməni qondarma “parlament”ə girərək, iclası yarımçıq saxlayıb.

Karen Motevosyan adlı “səhra komandiri”nin rəhbərlik etdiyi bu silahlı qrup “parlamentin yeni sədri” David İşxanyanı və “parlament” üzvlərini hədələyərək, Araik Arutunyanın ünvanına səsləndirilən təhqirləri dayandırmağı tələb edib. Həmin silahlı dəstənin şəxsən Arutunyanı müdafiə və mühafizə etdiyi bildirilir.

Həmçinin, qeyd olunur ki, Motevosyan sosial şəbəkələrdə Arutunyanı tənqid edən erməniləri də təhdid edib, həmin adamların telefonlarına zənglər edilərək, onlara hədə-qorxu gəlinib. Erməni mətbuatı yazır ki, bütün bunlar qondarma rejimin rəhbərliyi uğrunda Arutunyanla Vardanyan arasında gedən mübarizənin yeni mərhələsidir və belə görünür ki, Vardanyan bu mübarizədə uduzur.


Bu arada ermənilərin “Faktİnfo” nəşri maraqlı məlumatla çıxış edib. Nəşr bildirib ki, Araik Arutunyan Azərbaycanla danışıqlara getməyə və Ağdam yolunun açılmasına razılıq verib.

O, hətta yaxın günlərdə Bərdə şəhərində Azərbaycan rəsmilərilə görüş keçiriləcəyini iddia edib: “Hazırda iki çıxış yolu var. Ya Arutunyan təcili istefaya gedəcək, ya da “artsax”a Ağdam yolu ilə ərzaq gəlməyə başlayacaq. Anonim mənbə bildirir ki, Arutunyan istefa verməyi ağlına da gətirmir. Deməli, gündəlikdə duran məsələ ərzaqların Ağdam yolu ilə idxal edilməsidir. “Faktİnfo”nun əldə etdiyi məlumata görə, “artsax”da hökumət nəzdində xüsusi komanda hazırlanıb ki, bu komanda yaxın günlərdə – sabah, yaxud birisi gün Azərbaycan tərəfi ilə görüşə gedəcək. Böyük ehtimalla görüş Azərbaycanın Bərdə şəhərində keçiriləcək”.

Bununla yanaşı, Ermənistanda Ağdam yolundan istifadə edilməsilə heç cür razılaşmayan qatı millətçi qüvvələrin “iniltiləri” səngimir. 

Məsələn, Ermənistanda tanınmış diplomatlardan olan, Ermənistan XİN-in sabiq mətbuat katibi, eləcə də bu ölkənin Sinqapurdakı sabiq səfiri Dzünik Ağacanyan Ağdam yolunun açılmasının ermənilər üçün “intihar” olacağını bildirib: “BMT qəqtamə qəbul etmək və dəhlizi açmaq fikrində deyil. Çünki Ermənistan hakimiyyəti Qarabağı Azərbaycan ərazisi kimi tanımaq ideyasını dəstəkləyir və artıq BMT-dən nəyisə tələb etmək səlahiyyətlərinə malik deyil… Ağdam yolunun açılması isə öz əlimizlə öz qətlimizi imzalamaq kimidir. Bu, “artsax”a gedən yolun birdəfəlik bağlanması, əbədi olaraq “artsax”la Ermənistanın ayrılması və onun birdəfəlik Azərbaycanda qalması deməkdir… Laçın yolu bağlansa, Ermənistanın məhvi başlayacaq”.

 

Artıq bütün revanşistlər və qatı millətçilər həyəcan təbili çalır və A.Arutunyanın Nikol Paşinyanın göstərişilə hərəkət etdiyini iddia edirlər. Separatçılar arasında isə qarşıdurma qızışır və belə çıxır ki, Arutunyan təşəbbüsü ələ alır. O da məlum olur ki, Arutunyan istefaya getməyə hazırlaşmır.

Onun komandasının Bakı ilə danışıqlara getməyə hazır olduğuna dair iddialara gəlincə, zatən Qarabağda qalan ermənilərinin başqa çıxış yolu da qalmayıb. Nə BMT Təhlüksizlik Şurası nə də başqa beynəlxalq qurumların ermənilərin təxribatlarına cəlb edilməsi cəhdləri heç bir nəticə vermədi. Azərbaycanın qətiyyətli mövqeyi və beynəlxalq hüququn tələbləri öz sözünü dedi.

 

Deməli, Qarabağ ərazində qalan erməni toplumu nə qədər tez Azərbaycanın tərkibində yaşamaqla barışsa, itirəcəkləri bir o qədər az olacaq. Bununla razılaşmayanlar isə hansı istiqamətdə getməli olduqlarını özləri yaxşı bilirlər…“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90