image-2000x150
image-12backend

Separatçılar arasında parçalanma: Babayan aprelin 26-na oturaq aksiya təyin edib

image-728x90

Qarabağdakı erməni separatçılar arasında narazılıq pik həddə çatıb. Ulusal.az xəbər verir ki, bu narazılıq Laçın dəhlizi ətrafında baş verən hadisələrdən sonra parçalanmaya gətirib çıxarıb.

Belə ki, fevralın ortalarında Qarabağa köçən Samvel Babayan həddindən artıq fəallaşıb. O, kəndlərdə görüşlər keçirərək, onları başına toplamağa çalışır. Bu məqsədlə onun təkcə, sıravi erməni əhalisi ilə deyil, Qarabağdakı fəal kəsimlə də danışıqlar apardığı bildirilir.

“Hraparak” qəzeti bununla bağlı yazır ki, 44 günlük Vətən Müharibəsindən sonra Samvel Babayanın Qarabağdakı erməni separatçıları arasında nüfuzu xeyli aşağı düşüb. Buna səbəb isə onun müharibə vaxtı aradan çıxması və vaxtıyla rəhbərlik etdiyi “müdafiə ordusu”nun yaxşı təşkil olunmaması göstərilir. “Hamı bilir ki, Samvel Babayan Ermənistan hakimiyyəti ilə çox yaxındır. Onun bu yaxınlığı ermənilər arasında birmənalı qarşılanmır. Belə olan halda, Babayan mümkün qədər əvvəlki nüfuzunu qaldırmaq üçün Qarabağdakı əhalidən dəstək almağa çalışır”.

Maraqlı məqamlardan biri də odur ki, Samvel Babayan keçirdiyi görüşlərdə təkcə, Nikol Paşinyanı deyil, həm də separatçıların rəhbəri Arayik Harutyunyanı da sərt tənqid edir. “Hraparak” isə yazır ki, onun bu hərəkəti qurulmuş oyundur və əhalinin dəstəyini almağa hesablanıb. “Babayan bəzi görüşlərində deyir ki, Qarabağın taleyini ermənilərin güclənməsi və Azərbaycana meydan oxumasında görür. Başqa bir görüşdə isə Azərbaycanla dinc yanaşı yaşamaq, hətta reinteqrasiyanın vacib olduğunu söyləyir. Bir növ nəbzi yoxlayır”.

Samvel Babayan bu görüşlərin ardından dünən bəyan edib ki, aprelin 26-da Xankəninin mərkəzi meydanında oturaq etiraz aksiyasına başlayacaq. O bildirib ki, meydanda çadırlar qurulacaq və Arayik Harutyunyanın istefasını tələb edəcək. “Babayan görüşlərdən birində bəyan edib ki, Harutyunyan istefa verməyənə qədər aksiyanı dayandırmayacaqlar. O, həmçinin Qarabağdakı ermənilərdən hakimiyyətə gəlməsinə dəstək vermələrini və “seçildikdən” sonra ona 100 gün vaxt verilməsini istəyib. İddia edib ki, o, 100 günün içində bütün hər şeyə nail olacaq”.

Amma Qarabağda separatçılar arasında qarşıdurma və parçalanma təkcə, Babayan məsələsi ilə bağlı deyil. Həmçinin vaxtıyla vəzifədə olmuş separatçılar da bir xeyli fəallaşıblar. Məsələn, özünü Qarabağın keçmiş “daxili işlər və rabitə naziri” kimi təqdim edən Hayk Xanumyan “dövlət naziri” Qurgen Nersisyana qarşı kampaniyaya başlayıb. O bildirib ki, Nersisyan narsistdir və hərəkətləri isə anlaşılmazdır.

Gedişat onu göstərir ki, Qarabağda separatçılar arasında narazılıq artıq qarşıdurma səviyyəsinə çatıb.jamaz

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90