İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyada olan hərbi müşaviri Məcid Divani üç gün əvvəl İsrail ordusunun Dəməşqə endirdiyi hava hücumu nəticəsində aldığı xəsarətlərdən ölüb.
Bu barədə SNN agentliyi məlumat yayıb.
“Üç gün əvvəl Dəməşqə endirilmiş hava hücumu nəticəsində SEPAH-ın Suriyada olan müşavirlərindən biri Məcid Divani aldığı xəsarətlər nəticəsində bu gün ölüb”, – məlumatda bildirilib.//Report