image-rt-reklam
image-daricili1681110985backend

SEPAH Bakını müdafiə edən türk kəşfiyyatçını hədələdi, cavabını aldı

image-728x90

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) sabiq əməkdaşı, kəşfiyyat mütəxəssisi, akademik Əli Burak Darıcılı İran kəşfiyyatı ilə bağlı müsahibəsindən sonra ağır təhdidlərə məruz qaldığını bildirib.

Ulusal.az Globalinfo.az-a istinadən xəbər verir ki, mütəxəssis bir neçə gün öncə İran kəşfiyyatının potensialını, Azərbaycandakı fəaliyyətini dəyərləndirib və uğursuz olduğunu deyib, həmçinin MOSSAD-ın İran daxilindəki gücündən söz açıb.

Ə.B.Darıcılı bundan sonra sosial şəbəkələr və e-mail hesabları vasitəsilə ağır təhdid və təhqirlərə məruz qaldığını açıqlayıb. Mütəxəssis, hətta birinin SEPAH-ın uniformasının fotosunu göndərdiyini söyləyərək onu təhdid edənləri axmaq adlandırıb və əsla qorxmadığını bildirib.

Qeyd edək ki, Ə.B.Darıcılı 15 il müddətində Türkiyə Milli Kəşfiyyat İdarəsində (MİT) çalışıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90