image-2000x150
image-4backend

Sentyabr gəlir, ermənilər son qərarlarını verməlidirlər

image-728x90

Son günlərin ən çox müzakirə edilən mövzularından biri Fransanın yenidən Cənubi Qafqazda aktivləşməsidir Fransa özünü Avropanın lider ölkəsi hesab edərək aktivləşmək istəyirdi. Erməni diasporunun himayəsi ilə hərəkət edən rəsmi Paris Fransa şəhərlərindən Qarabağdakı ermənilər üçün göndərilən  Azərbaycanla şərti sərhədə çatan “humanitar yardım”dan ibarət 10 TIR-ı  maneəsiz keçirmək niyyətində idi. Amma hər şey fransızların və ermənilərin  düşündüyü kimi olmadı. Rəsmi Bakı yenə sərt üzünü göstərərək  “humanitar yardım”dan ibarət 10 TIR-ı  Azərbaycan sərhədindən buraxmamaq barədə qərar verdi.

Qeyd edək ki, Fransa şəhərlərindən toplandığı iddia edilən və Paris merinin də müşayiət etdiyi “humanitar yardım” maşınları bundan əvvəl Ermənistanın göndərdiyi 21 TIR-ın yanında yer almışdı.

Ermənilər TIR-ların dayandığı yerdə “humanitar yardım mərkəzi” yaradaraq, yükləri qəbul edəcəklərini elan edirdilər.Lakin arzuları yenə çin olmadı və Fransa TIR-ları Qafana getməyə məcbur oldu.

Sözsüz ki, bu  psixoloji mübarizə idi.   Fransa prezidenti Emmanuel Makronun Bakıya zəngi də vəziyyəti dəyişmədi.  Makronun dövlət başçısı İlham Əliyevə zəngi belə  Laçın yolunun açılmasına səbəb olmadı.
Görünən odur ki, Fransa yenidən meydandan qovuldu. Sözsüz ki, bu Azərbaycanın və dövlət başçısının qətiyyəti sayəsində baş verib. Fransanın bu yüklərin Qarabağa buraxdıracağına, həmçinin “Laçın keçidi”nin açılacağına ümid edən ermənilərin , bütün ümidləri puç oldu.

Əvvəlcə BMT-dən, ardınca ABŞ-dan, daha sonra Avropa İttifaqından rədd cavabı alan ermənilərin indi son ümid yeri Azərbaycan ola bilər. İndi ermənilər qəti qərar verməli və Ağdam yolunda gözləyən Azərbaycanın humanitar yardımını qəbul etməlidirlər. Sözsüz ki, bu ermənilərə verilən son şanslardan biridir.

Artıq Qərbdə də, Rusiyada da anlayırlar ki, Azərbaycanın səbri hüdüdsuz deyil.

Ermənilər son qərarlarını verməlidirlər. Həm də bu qərarla Qarabağdakı terroçuların tərkislah edilməsini sürətləndirməlidirlər. İstənilən təxribat isə ermənilərin sonunu gətirə bilər. Artıq Azərbaycan xalqının sevdiyi sentyabr ayı da gəlir. Bir sözlə yaxın günlərdə ya Qarabağda sülh olacaq, yada ermənilərin son iniltilərini eşidə biləcəyik. İndi qərar vermək vaxtı ermənilərindir…

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90