“İran heç vaxt İsraillə müharibə etmək və ya bu ölkəni məhv etmək niyyətində olmayıb”.
Ulusal.az “Azad İran”a istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian deyib.
Onun sözlərinə görə, son 45 ildə İran hökuməti yalnız İsrailə qarşı “müqavimət cəbhəsini” alovlandırmaq istəyib.
Əhmədian bildirib ki, Qəzzada müharibə yolu ilə İsrailin məhv edilməsi saxta hədəflər idi və düşmənin hiylələrindən biri olub.
O qeyd edib ki, İsrailin ötən ilin oktyabrında İranın hava hücumundan müdafiə və raket sistemlərinə hücumuna Tehranın cavab verməməsi İslam Respbulikasının zəifliyinin əlaməti sayılmamalıdır.