image-rt-reklam
image-media-51cac2f5-f54b-489f-8964-590b19ce5f0a-zlrybg7nxj1usqmwavk8-620x460backend

“Sən yalan içində yaşayırsan, mən – həqiqətdə” iddiası- Gülər Mübariz YAZIR

image-728x90

Bu yazımda cəmiyyətimizdə problem yaradan faktorlardan, onların mahiyyətindən və bu kontekstdə maariflənməyin rolundan, daha doğrusu, əhəmiyyətindən bəhs edim. Söhbət mövcud problemli məsələni aktiv haldan çıxarmaqdan, ondan istifadə edərək insanı düşünməyə vadar etməkdən gedir. Və burada əsas həll yolu hansı isə mücərrəd bir mövzunu deyil, öz həyatını, varlığını, getdiyin həyat yolunu düşünməkdir. Yalan söyləmək kimi…Günümüzün aktual yarası,zamanla sağalmayan tək yara deyə bilərəm.Hər şeyin əlacı olan zaman məfhumunun da gücünün yetmədiyi bir davranış üsuludur;hər kəsin həyatında bir izi,bir silinməz xatirəsi var.

Heç düşündünüzmü; niyə yalan söyləyirik? Yalan söyləmək daha rahat bir dünya vəd edən kiçik vasitələrmidir,sizcə? Yoxsa bizləri daha çox uçuruma sürükləyən yollarmı?

Yalanın növlərinə baxarsaq, bunun ən böyük səbəblərindən birinin qoruma ve özünü müdafiə duyğusunun olduğunu düşünmək olar.İnsanlar başlarına gələ biləcək mümkün təhlükələrdən,mənfi çalarlı hadisələrdən qorunmaq üçün yalana əl ata bilirlər.Və yaxud da hər hansı bir sözlü basqıya məruz qaldığında o anda ani bir şəkildə müdafiəyə keçmək üçün yalanların arxasına sığına bilirlər. Bir çoxumuz zaman keçdikcə özümüz və sevdiklərimizin mənafeyini ,bəzən də çıxarlarını təmin etmək üçün həm onların ,həm də şəxsi yaxşılığımızı düşündüyümüz üçün yalana əl ata bilirik.Bəs bunları nə adlandıra bilərik? “Bəyaz yalan” deyimi ilə dilimizdə istifadə olunan bu kəlmə nə dərəcədə bizə haqq qazandıra bilir?Ya özümüz özümüzü ovuduruq,bəlkə?
Bəşər yaranan gündən insan övladı öz hökmünü yavaş-yavaş göstərməyə başladı.Zaman-zaman Allahın yaratdığı bütün varlıqların içində ən alisi olduğunu sübut etdi.Qüdrəti ilə hər yönə hökm oxudu,ixtira etmədiyi yenilik,araşdırmadığı sahə,yaratmadığı gözəllik qalmadı.Təbii ki,İlahinin öz bəndəsinə lütf etdiyi qədəri ilə.Gücünün yetərsiz qaldığı yerlərdə zəkası bəzən yanlış yönləndirdi və istəmədən də təklükəli yollara sövq etdi.Bütün bunlar əldə etdiklərinə şükürsüzlükdən,daha da yüksəliş sevdasından,ya da etdiyi yalnışı ört-basdır etmək niyyətindən doğdu.

Qarşısını ala bilərikmi? Ümidim yoxdur,amma möcüzələrə də inanıram. Niyə də yox? Allahın yardımı ilə gəlin problem yaratmayaq, problemləri həll edək. İlk çarəsizlikdən yalana baş vurmayaq, çünki yalan zəiflərin daldalanacaq yeri və sığınacağıdır..(Frensis Bekon) Yalan, ola bilsin, bir problemi həll edə bilər, amma özüylə daha yüz problem gətirər.Maariflənək,cahilliyin daşını ataq və ilk öncə də bunu özümüzdən,daha sonra ailəmizdən,övladımızdan başlayaq.Birlikdən doğan güc hər savaşın öhdəsindən gələ bilir,yetər ki istəyək.
Sonda bir sitatı da yazım.”Üç yalanın günahı adəm oğlunun adına yazılmaz: savaş vaxtı deyilən yalan, çünki savaş məharəti hiylədən ibarətdir: zövcəsinin könlünü almaq üçün adamın dilinə gətirdiyi yalan: bir də iki küsülünün arasını düzəltmək üçün deyilən yalan.” ( Həzrəti Muhəmməd s.ə.v. )

Təbii ki,zövcənin könlünü yalanla almamaq şərti ilə…

Yalansız bir cəmiyyətdə işıqlı gələcək,xoşbəxt balalar görmək ümidi ilə .

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90