image-rt-reklam
image-1backend

Şəmkirdə şəhid Sənan Əhmədov dəfn edilib YENİLƏNİB

image-728x90

İyunun 5-də keçirilən təlimlər zamanı bədbəxt hadisə nəticəsində şəhid olan gizir Sənan Nurəddin oğlu Əhmədovla Şəmkir şəhərində keçirilən vida mərasimi başa çatıb.

Şəhid Sənan Əhmədov Şəmkir şəhər qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.

***

11:19

İyunun 5-də keçirilən təlimlər zamanı bədbəxt hadisə nəticəsində şəhid olan gizir Sənan Nurəddin oğlu Əhmədovla Şəmkir şəhərində vida mərasimi keçirilir.

Sənan Əhmədovun vaxtilə yaşadığı binanın önündə təşkil olunan vida mərasimində şəhidin doğmaları ilə yanaşı, Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, çox sayda sakinlər iştirak edir.

Qeyd olunur ki, ailəli olan şəhid S.Əhmədovun övladı da bir müddət əvvəl vəfat edib.

***

05.06.2024

23:17

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əhmədov Sənan Nürəddin oğlunun iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir”, – məlumatda vurğulanır.

Allah rəhmət eləsin!

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90