image-rt-reklam
image-1backend

Səhiyyə Nazirliyinin yüz min manat vəsait xərclədiyi sayt niyə İŞLƏMİR?- ŞOK SƏBƏB

image-728x90

Səhiyyə Nazirliyinin yüz minat vəsait xərcləyib yaratdığı  Eresept.az  saytında qeydiyyatdan keçmək mümkün deyil. Ulusal.az-ın əldə etdiyi məlumata görə bu yaxınlarda Səhiyyə Nazirliyinin  kifayət qədər vəsait xərcələyərək  yaratdığı bu saytın əsas məqsədi dövlət tərəfindən müəyyən imtiyazlar verilmiş xəstələrin pulsuz dərmanla təminatını həyata keçirtmək olub. Yəni imtiyazlı xəstələr bu saytdan   qeydiyyatdan keçməklə  dərmanlarını ala bilərlər. Lakin yaradılan bu saytdan qeydiyyatdan keçmək mümkün deyil. Sayt yaradılarkan bildirilirdi ki,  bütün xəstələrin haqqında olan məlumat bu  bazaya inteqrasiya olunacaq. Lakin etibarlı mənbədən əldə etdiyimiz məlumata görə əslində kifayət qədər ciddi məbləğ xərclənərək yaradılan sayt bu gücü daşımaq gücündə olmayıb. Saytın bazasında olan informasiyaların xarici hakerlər tərəfindən oğurlanacağını düşünən dövlət orqanları Səhiyyə Nazirliyinə xəbərdarlıq edərək bu saytın təcili təkmilləşdirilməsini  tələb ediblər. Mənbəmiz iddia edir ki, sayt yardılarkən ciddi maliyyə pozuntuarı olub və saytın yaradılması üçün ayrılan vəsait kimlər tərəfindənsə mənimsənilib. Faktiki olaraq bu gün çoxsaylı imtiyazlı xəstələr öz dərmanlarını ala bilmir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90