image-2000x150
image-img-20230529-wa0003backend

Şəhidlər zirvəsinə yürüş olub – FOTO

image-728x90

“Şəhidlər zirvəsi” layihəsinin ideya müəllifi Vaqif Şahsuvarovun təşkilatçılığı ilə Əlincə qalasındakı Şəhidlər zirvəsi şəhid ailələri tərəfindən ziyarət olunub.
Ulusal.az məlumat verir ki, ziyarətə Naxçıvan şəhərindəki Şəhidlər xiyabanı ziyarət edildikdən sonra başlanılıb. Şəhidlər zirvəsində bütün Azərbaycan ŞƏHİDLƏRİNİN ruhuna dualar edilib və ŞƏHİDLƏRİMİZİN 44 gün ərzində göstərdikləri qəhrəmanlıqdan söz açılıb.
Qeyd edək ki, 03 iyun saat 13:00-da “Şəhidlər zirvəsi” sənədli filminin təqdimatı da keçiriləcək. Təqdimat Naxçıvan şəhərindəki Gənclik mərkəzində olacaq. Hər kəs dəvətlidir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90