Azərbaycan Respublikasının müdafiəsi zamanı öz canını düşmənə sipər edən qəhrəman Şəhid və qazi ailələrinin övladları üçün 12 sentyabr saat 15:00-da Bilik Günü münasibətilə Metroparkda əyləncəli konsert proqramı keçiriləcək.
Respublikanın tanınmış sənətçilərinin iştirak etdiyi tədbirdə uşaqlar üçün əlavə sürpriz hədiyyələr və əyləncəli oyun növləri təqdim olunacaq.
Qeyd edək ki, Şəhid və qazi ailələrinə giriş sərbəstdir.
Konsertin təşkilatçısı Ömər Abdullayevdir.
Təşəkkürlər, Metropark!